Beynəlxalq Əlillər Günü münasibətilə sərgi

 

 

Goranboy Dövlət Rəsm Qalereyasında 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı fiziki məhdudiyyətli uşaqların rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Qalereyanın direktor əvəzi İlhamə Məmmədova tədbiri giriş sözü ilə açaraq ölkəmizdə fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğıdan danışıb. Sərgidə rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzi nəzdindəki rəsm və toxuculuq dərnəyində məşğul olan fiziki məhdudiyyətli uşaqların, eləcə də aztəminatlı və şəhid ailələrindən olan uşaqların rəsm və əl işləri nümayiş etdirilir.

Sərgi dekabrın 3-dək davam edəcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.11.