Balacaların ürəyinə yol tapan şair

 

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında tanınmış şair, tərcüməçi İlyas Tapdığın anadan olmasının 82-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Kitabxananın foyesində ədibin kitablarından ibarət Körpələrin ürəyinə yol tapan şair adlı sərgi açılıb.

Tədbirdə əvvəlcə şairin həyat fəaliyyətini əks etdirən videoslayd nümayiş olunub.

MKS-nin Uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyevanın İlyas Tapdığın həyat yaradıcılığı haqqında məruzəsi dinlənilib.

Kitabxananın uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, Sehrli dünya jurnalının baş redaktoru Gülzar İbrahimova, şairlər Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Güləmail Murad, BDU-nun kitabşünaslıq nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı digər çıxış edənlər şairin yaradıcılığından bəhs ediblər.

Bildirilib ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil ədəbiyyat fakültəsində təhsil alıb.

Qeyd olunub ki, 50-dən çox şeir tərcümə kitabının müəllifi kimi tanınan şair eyni zamanda bir çox gənc tanınmış qələm sahiblərinin kitablarının redaktoru ön söz müəllifidir, gənc yazarlara daim diqqət qayğı göstərib.

Tədbirdə 261 nömrəli tam orta məktəbin və Zəkalar liseyi şagirdlərinin ifasında şairin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 2 dekabr.- S.15.