Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi

 

 

 

   Dekabrın 14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

   Tədbir ölkə başçısının Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına əsasən təşkil olunacaq. Gecədə sənətkarın həyat və yaradıcılığından, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətlərindən, ictimai-siyasi xadim kimi fəaliyyətindən danışılacaq. Tədbir unudulmaz sənətkarın vaxtilə ifa etdiyi mahnılardan ibarət konsert proqramı ilə davam edəcək.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.2.