95 il səhnədə

 

 

Gürcüstan ansamblı Bakıda şou proqram təqdim edəcək

Dekabrın 9-da Heydər Əliyev Sarayında Cəngi estrada folklor ansamblının təşkilati dəstəyi ilə Gürcüstan Respublikası Acarıstan Akademik Dövlət Mahnı və Rəqs Ansamblının konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Gürcüstan kollektivi 95 il səhnədə adlı əfsanəvi şou proqram təqdim edəcək. Konsertin biletlərini şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.2.