Balet, ömrüm mənim

 

 

Dekabrın 8-də Nizami Kino Mərkəzində Balet, ömrüm mənim sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Dublyaj studiyasında çəkilən film Azərbaycanın görkəmli balet ustaları, xalq artistləri Rəfiqə AxundovaMaqsud Məmmədovun yaradıcılığına həsr olunub. Ekran əsərinin leytmotivini həyatda və yaradıcılıqdakı məhəbbət mövzusu təşkil edir.

Filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.

Nizami Kino Mərkəzində əvvəlcə filmin yaradıcı heyəti, eləcə də çəkilişlərdə iştirak etmiş SSRİ Xalq artisti Vladimir Vasilyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

 

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.2.