Anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-informasiya fakültəsi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında anlaşma memorandumu imzalanıb.

Dekabrın 2-də imzalanan memorandumun məqsədi ölkəmizdə kitabxanaşünaslıq üzrə kadrların yetişdirilməsində işgüzar elmi-mədəni əlaqələrin qurulması, kitabxanaşünas kadrların elmi potensialından muzeykitabxanalarda səmərəli istifadə, həmçinin birgə təlim kurslarının təşkili yolu ilə ixtisaslaşma dərəcəsinin artırılması, bu sahəyə dair yeni elmi-metodik üsulların axtarışlarının gücləndirilməsidir.

Tərəflər mədəniyyətimizin tərəqqisi istiqamətində mühüm rola malik müasir kitabxanaşünas kadrların bilik və potensialından səmərəli istifadənin əlaqələndirilməsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və uzunmüddətli əməkdaşlıq edəcəklər.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.5.