Məşhur qadın dirijorun 100 illiyi Bakıda da qeyd ediləcək

 

 

 

   SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, ilk qadın dirijor Veronika Dudarovanın 100 illik yubileyi Rusiyada böyük təntənə ilə qeyd edilib. 5 dekabrda baş tutan yubiley tədbiri sənətkarın Moskvadakı qəbirüstü abidəsinin ziyarəti ilə başlanıb və P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirilib.

   Tədbirdə qeyd edilib ki, Veronika Dudarovanın 100 illiyinə həsr edilən tədbir doğulduğu Azərbaycanda da qeyd ediləcək. Tədbir 2017-ci il fevral ayında Bakıda gerçəkləşəcək Şimali Osetiyanın mədəniyyət günləri çərçivəsində baş tutacaq.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.5.