Əyyub Quliyev beynəlxalq müsabiqənin musiqi proqramının rəhbəri olub

 

 

Noyabrın 29-dan dekabrın 6-dək Moskvada Şelkunçik gənc musiqi ifaçılarının beynəlxalq televiziya müsabiqəsi keçirilib. Müsabiqə Rusiyanın Kultura kanalının ən möhtəşəm layihələrindən biridir. Çaykovski adına konsert zalında Moskva Dövlət Akademik Filarmonik Orkestrinin iştirakı ilə keçirilən müsabiqənin musiqi proqramının rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijoru Əyyub Quliyevdir.

Müsabiqənin bağlanış mərasimində finalçılar dirijor Əyyub Quliyevin rəhbərliyi altında Moskva Akademik Filarmonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Qeyd edək ki, yarışma 2000-ci ildə Kultura kanalı tərəfindən təsis edilibRusiyada akademik musiqi sahəsində gənc ifaçıların yeganə televiziya müsabiqəsidir. 2016-cı il aprelin 25-də Şelkunçik Avropa Musiqi Müsabiqələri Assosiasiyaları Birliyinə üzv qəbul olunub. Ənənəyə uyğun olaraq müsabiqə qalibləri görkəmli rus rəssamı Mixail Şemyakinin hazırladığı qızıl, gümüşbürünc Şelkunçik heykəlləri ilə təltif olunurlar.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.6.