Musiqi məktəbinin kollektivi Gürcüstanda çıxış edib

 

 

   Abşeron rayon Xırdalan şəhər Onbirillik musiqi məktəbi ilə Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzi arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

   Muzey və mərkəzin dəvəti ilə musiqi məktəbinin müəllim və şagirdləri noyabr ayının sonunda Gürcüstana səfər edib.

   Səfər çərçivəsində məktəbin kollektivi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü, Dövlət Bayrağı və Milli Dirçəliş günləri münasibətilə Tbilisi, Marneuli, Qardabani şəhərlərində təşkil olunmuş tədbirlərdə konsert proqramları ilə çıxış edib.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.6.