Bölgələrdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbirlər

 

   Şamaxı. Rayon Mərkəzi kitabxanası Beynəlxalq Əlillər Günü ilə əlaqədar Şamaxı şəhər 1 saylı İxtisaslaşdırılmış internat evində səyyar kitabxana xidməti təşkil edib. Fiziki imkanı məhdud olan insanlara kitabxana xidməti göstərilib, müxtəlif mövzulu kitabların sərgisi təşkil olunub.

   Qazax. Elmar Hüseynov adına Mərkəzi kitabxana Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Mənəvi dəstək, humanist münasibət ünvanımız...” adlı görüş keçirib.

   Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Qazax rayon şöbəsinin nümayəndələri, bir qrup əlil, fəal oxucularkitabxana işçiləri iştirak edib. MKS-nin direktoru Solmaz Babanlı, Metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova və digər çıxış edənlər ölkəmizdə məhdud imkanlı insanların cəmiyyətə inteqrasiyası, onlara göstərilən mənəvi dəstəkdən bəhs ediblər.

   Biləsuvar. Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə uşaqlara şəkilli kitablar hədiyyə olunub, onlar üçün şirniyyat süfrəsi açılıb.

   Rəsmə maraq göstərən əlil uşaqlar Biləsuvar Dövlət Rəsm Qalereyasının rəssamı Firudin Bağırov tərəfindən himayəyə götürülübonlara rəssamlığın sirlərinin öyrədilməsinə başlanılacaq.

 

Mədəniyyət.-2016.- 7 dekabr.- S.13.