Poeziya evində Nəriman Həsənzadənin yubileyi qeyd edilib

 

 

   Sumqayıt şəhər Poeziya evində Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

   Poeziya evinin direktoru, şair İbrahim İlyaslı yubilyarın ömür və yaradıcılıq yolundan söz açıb, təbriklərini çatdırıb.

   Tədbirdə çıxış edən qonaqlar Nəriman Həsənzadənin yaradıcılığı haqqında danışıb, xatirələrini söyləyiblər. Bədii qiraətçilər Gülbəniz Abbasova, Amil BabayevElvin Əlizadənin ifasında şairin müxtəlif illərdə yazdığı şeirlər böyük maraqla dinlənilib, xanəndə Təhmiraz Şirinovun ifasında səslənən mahnılar, aşıqlar İlham Aslanbəyli, Şəhriyar Qaraxanlı, Aşıq Pəri məclisinin gənc nümayəndələrinin ifasında saz havaları xoş ovqat yaradıb.

   Sonda Sumqayıtda son zamanlar gedən quruculuq işlərindən söz açan Xalq şairi tədbirin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirib, həyatı və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, şeirlərindən nümunələr söyləyib.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.11.