Azərbaycanlı rejissorun Amerikada ustad dərsi

 

 

   Azərbaycanlı rejissor İlqar Safat ABŞ-da “Columbia College Hollywood” kino məktəbində ustad dərsləri keçib. Nərimanfilm”dən verilən məlumata görə, ustad dərsi çərçivəsində rejissorun 2009-cu ildə lentə aldığıSahəfilmi nümayiş olunub.

   Əsası 1952-ci ildə qoyulan “Columbia College Hollywood” Amerikanın tanınmış zəngin tarixi olan kino məktəblərindən biridir. Qeyri-kommersiya təşkilatı olan məktəbdə kinonun müxtəlif sahələrinə aid proqramların təcrübə yolu ilə öyrənilməsi həyata keçirilir. Burada ssenari, prodüser, montaj, səs rejissoru, vizual effektlər digər sahələr tədris olunur.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.11.