Bakı məktəblisi beynəlxalq müsabiqənin laureatı olub

 

 

İtaliyanın Sereqno şəhərində Ettore Pozzoli adına gənc pianoçuların 3-cü beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqənin B kateqoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin V sinif şagirdi Nuray Əliyeva çıxış edib.

Müsabiqədə 10 ölkədən gənc pianoçular iştirak edib. Yarışmanın beynəlxalq münsiflər heyəti Nuray Əliyevanı Partecıpazıone-Sertıfıkato de Merıto diplomuna layiq görüb. Tamaşaçılar arasında keçirilən rəy sorğusuna əsasən isə Bakı məktəblisi III dərəcəli mükafat alıb və müsabiqənin laureatı adını qazanıb.

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.11.