Daha çox kamera musiqisi üzərində işləyirəm

 

 

Bəstəkarın yaradıcılığı yarışmalarla yox, yazdığı əsərlərlə ölçülməli, dəyərləndirilməlidir

Türkər Qasımzadə bəstəkarlıq üzrə bakalavr dərəcəsinə Bakı Musiqi Akademiyasında yiyələnib, professor Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və Aydın Əzimovun sinfində oxuyub. Bəstəkarlıq üzrə magistr dərəcəsini isə Nyu-Yorkun Manhetten Konservatoriyasında qazanıb, orada bəstəkarlar Reiko FuetingNils Vigelanddan dərslər alıb. 2014-cü ildə ABŞ-ın Sinsinnati Universitetində bəstəkarlıq üzrə doktorluq dərəcəsini əldə edib. Gənc bəstəkar 2012-ci ildə ABŞ-ın Boston şəhərində keçirilən ALEA III beynəlxalq bəstəkarlıq müsabiqəsinin finalçısı, 2010-cu ildə Avstraliyanın Melburn şəhərində keçirilən Fəzada Davamlılığın Nadir Formaları beynəlxalq müsabiqəsinin, eləcə də 2009-cu ildə Nyu-Yorkda təşkil edilən Jordan Berk Memorial Prizeın və s. müsabiqələrin qalibidir.

Əsərləri dünyanın bir sıra müasir musiqi ansamblları tərəfindən ifa olunub, eləcə də Etchings (Fransa), Cortona Sessions for New Music (İtaliya), tonArt 2014 (Almaniya), Computer Music Space (Bolqarıstan), IV Qara Qarayev adına Müasir Musiqi Festivalı (Azərbaycan), Culturescapes 2009 (İsveçrə) və s. festivallarda səslənib.

Hazırda T.Qasımzadə Azərbaycan Milli Konservatoriyasında və ABŞ-ın Sinsinnati Universitetində müəllim kimi fəaliyyət göstərir.

- Türkər bəy, siz magistraturadoktorantura təhsilinizi ABŞ-da almısınız. Orada təhsil almaq sizə nə verdi?

- ABŞ-da təhsil mənim üçün geniş yaradıcılıq üfüqləri açdı, dərin musiqi elmi bazası qazandım. Dünya səviyyəli musiqiçilərlə şəxsi tanışlıq qurdum. Yaradıcılıq müstəvisində qazandıqlarımın isə mənim üçün ayrıca önəmi var. ABŞ-dakı təhsilimin baş tutmasına görə Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Təhsil Nazirliyinə minnətdaram.

- Tələbəlik illərindən beynəlxalq yarışmalarda iştirak edirsiniz. Bunu özünüifadə yollarından biri saymaq olarmı?

- Beynəlxalq yarışmalar yaradıcılıq üçün stimuldur, amma özünüifadə yalnız yazılan musiqi əsərində baş verə bilir. Ümumiyyətlə, müsabiqələrə həddən ziyadə önəm verilməsini qəbul etmirəm. Bəstəkarın yaradıcılığı yarışmalarla yox, yazdığı əsərlərlə ölçülməli, dəyərləndirilməlidir. Bunları deməklə kimisə yarışmalardan imtina etməyə çağırmıram. Özümimkan düşdükcə müsabiqələrə qatılıram, birinci yerləri alanda da vətənimizi təmsil etdiyimdən qürur duyuram. Doğrusu, laureatları olduğum müsabiqələrdən hansını daha uğurlu saydığımı deməkdə çətinlik çəkirəm. Hamısında sevinmişəm, hər biri yazdığım spesifik əsərlə bağlıdır, hər biri o əsərin yazıldığı dövrdəki xatirələri yada salır.

- Azərbaycanda akademik musiqiyə maraq sizi qane edirmi?

- Bu musiqinin auditoriyası dünyada çox kiçikdir, ölkəmizin miqyasına görə isə daha da kiçik görünür. Yazılan musiqinin dəyərini verib anlayacaq, bölüşəcək azsaylı insanların mövcudluğu da çox gözəldir.

- Əsasən hansı janrlarda əsərlər yazırsınız?

- Solo fleyta ifaçısı üçün Samuel Bekketin mətni əsasında yazılmış üçhissəli mono-operanı bitirmişəm. Əsasən kamera musiqisi üzərində işləyirəm, kiçik həcmli əsərlərimin sayı daha çoxdur. Bu da əsasən praktik məsələlərə görədir.

- Mahnılar yazırsınızmı?

- Mahnı janrında təcrübəm var. Onların ifası isə geniş ictimaiyyətə təqdim olunmayıb. Bu janrda işləməyim üçün müraciətlər olarsa, məmnuniyyətlə dəyərləndirərdim.

- Əsərlərinizin dirijorlar tərəfindən düzgün səsləndirildiyinə əminsinizmi? Onlara bu işdə yardımçı olursunuzmu?

- Əsərlərimin dünyaca məşhur bir neçə dirijor tərəfindən səsləndirilməsi onlarla işləmək mənə bir gənc musiqiçi kimi böyük təcrübə qazandırıb. Bu dirijorlardan David Gilberti, Theodore Antoniounu, Jean-Phillippe Vurtzu böyük sevgi ilə anıram.

- Simfonik muğam anlayışına münasibətiniz necədir?

- Belə bir janrın mövcudluğuna inanmıram. Bu iki söz birləşməsini yalnız o zaman qəbul edərdim ki, dırnaq içərisində yazılmaqla yalnız hansısa əsərin, yaxud əsərlərin başlığını bildirsin. Ayrıca bir janr kimi təqdim olunmasını isə qəbul etmirəm. Böyük sənətkarlarımızın bu qəbildən məşhur əsərlərini isə dünya musiqisində tarixən yayğın olmuş rapsodiya janrına aid edirəm.

- Hazırda üzərində işləyirsiniz?

- İki zərb ifaçısı elektron media üçün 19 zərif konstruksiya əsərini bitirmək üzrəyəm.

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.12.