Balet, ömrüm mənim filmi təqdim olundu

 

Dekabrın 8-də Nizami Kino Mərkəzində Balet, ömrüm mənim sənədli filmin təqdimatı keçirildi. Filmin Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Dublyaj studiyasında çəkilib.

Təqdimatdan öncə filmin yaradıcı heyəti çəkilişlərdə iştirak etmiş SSRİ Xalq artisti Vladimir Vasilyevin iştirakı ilə mətbuat konfransı keçirildi.

Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov çıxış edərək film haqqında fikirlərini bölüşdü. Vurğuladı ki, film Azərbaycanın görkəmli balet ustaları, xalq artistləri Rəfiqə Axundova Maqsud Məmmədovun yaradıcılığına həsr olunub. Bu, Azərbaycanda balet ustalarının həyat fəaliyyəti haqqında lentə alınmış ilk ekran əsəridir. Filmin leytmotivini həyatda yaradıcılıqdakı məhəbbət mövzusu təşkil edir.

Filmin rejissoru Gülər Tokgöz çıxış edərək ekran əsərinin ərsəyə gəlməsindən danışdı. Qeyd etdi ki, film yaradıcı heyət üçün seçdikləri peşədə onilliklər boyu birgə yaşayıb fəaliyyət göstərmiş, qoşa yaşlanmış film qəhrəmanları ilə, milli balet məktəbinin müxtəlif inkişaf mərhələləri ilə yaxından tanışlıq imkanı yaradıb.

Vladimir Vasilyev Azərbaycanda olmaqdan "Balet, ömrüm mənim" filmində yer almaqdan məmnun olduğunu bildirdi. Qonaq Rəfiqə Axundova Maqsud Məmmədovun balet ustası kimi özünəməxsus yaradıcılıq dünyası olduğunu vurğuladı.

* * *

Sonra filmin təqdimat mərasimi başladı. Mərasimdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Rəfiqə Axundova Maqsud Məmmədovun Azərbaycan baletinin inkişafında xüsusi xidmətləri olduğunu dedi: "Sizin yaradıcılıq yolunuz Azərbaycan rəqs sənətinin tarixində ən parlaq səhifələrdən biridir. Avropa üslubuna xas olan akademik formaya ciddi riayət etməklə rəqsin ifası zamanı genişlik emosional dolğunluq cəhətləri, personajın mahiyyətinə dərindən varmaq bacarığı sizin yaradıcılıq yolunuzun başlıca cəhətinə çevrildi".

Ədalət Vəliyev vurğuladı ki, Azərbaycan baletinin qoşa qanadı - Rəfiqə Axundova Maqsud Məmmədov uzun illər həyatda yaradıcılıqda birgə addımlayıblar: "Həm milli baletlərdə, həm dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları ifa ediblər. Bu usta baletmeysterlər bir neçə baletə birgə quruluş veriblər. Onların arasında Azərbaycan balet tarixinə qızıl hərflərlə yazılan "İldırımlı yollarla", "Yeddi gözəl", "Qobustan kölgələri" "Babək" baletləri var".

Nazir müavini sonda bir daha film münasibətilə Rəfiqə Axundova Maqsud Məmmədovu təbrik etdi.

Xalq artisti Fərhad Bədəlbəyli SSRİ Xalq artisti Vladimir Vasilyev çıxış edərək balet ustalarının yaradıcılıq yoluna nəzər saldılar. Qeyd olundu ki, onlar böyük yaradıcılıq yolu keçən bu günün canlı balet əfsanələridir.

Sonra filmin yaradıcı heyəti səhnəyə çıxdı. Yaradıcı heyət adından çıxış edən filmin rejissoru Gülər Tokgöz göstərdiyi dəstəyə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

Filmin qəhrəmanları Rəfiqə Axundova Maqsud Məmmədov onların yaradıcılığına göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, kiçik yaşlarından kiçik səhnələrdən başlayan yaradıcılıq yolu daha sonralar böyük səhnələrlə əvəz olundu.

* * *

Daha sonra film nümayiş olundu.

Qeyd edək ki, filmin ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov Aysel Rəcəblidir.

Ekrandakı hadisələr kinoxronika kadrları ilə canlandırılır, müxtəlif illərdə filmin qəhrəmanları ilə yaradıcılıq münasibətlərində olan Azərbaycanın Rusiyanın görkəmli sənət ustalarının - SSRİ xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Fidan Qasımova, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev, dirijor, Xalq artisti Rauf Abdullayev başqalarının xatirələrində şərh olunur.

Rəfiqə Axundova Maqsud Məmmədovun həyat amalı filmin son kadrlarında səslənir: Biz yolumuza davam edirik - artıq görə bildiyimiz işlərə nəzər salıb, hələ nələr edə biləcəyimizi düşünərək...

Fariz Hüseynov

 

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.2.