İnnovasiyalarinkişaf üçün mədəniyyət və yaradıcılıq yolları

 

Azərbaycan nümayəndə heyəti Tbilisidə beynəlxalq forumda iştirak edir

Dekabrın 8-də Tbilisidə Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalarinkişaf üçün mədəniyyət və yaradıcılıq yolları adlı beynəlxalq konfrans işə başlayıb.

İki gün davam edəcək forumda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı və Gürcüstan Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyinin birgə təşkil etdiyi tədbirdə yaradıcı sənayenin mədəni əlaqələrin, turizmin, iqtisadiyyatın inkişafındakı rolu müzakirə mövzusudur.

Tədbirin açılışında Gürcüstanın mədəniyyət və tarixi abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək deyib ki, bu gün dünyada iqtisadi inkişafı mədəniyyətsiz və kreativ sənayesiz təsəvvür etmək mümkün deyil. Mədəniyyətin şaxələndirilməsi bütün sahələrdə inkişafa təkan verir. Bu tədbir, eyni zamanda Cənubi Qafqaz regionudünya dövlətləri arasında və Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr arasında əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynayacaq.

Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman, Gürcüstanın təhsil naziri Aleqsandr Jejelava, iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ketevan Boçorişvili və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, kreativ sənayenin inkişafı ayrı-ayrı şəhərlərin, ölkələrin və bütövlükdə bir regionun inkişafında mühüm rol oynayır. Bu gün dünyada istehsal olunan ümumi daxili məhsulun 3 faizdən çoxu məhz yaradıcı sənayenin payına düşür. Yaradıcı sənayenin inkişafı milyonlarla yeni yerinin açılmasına, yeni sahələrin yaranmasına imkan yaradır. Artıq dünyanın 70-dən çox ölkəsi kreativ sənayenin inkişafı layihəsinə qoşulub və yaradıcı sənayeni inkişaf etdirir.

Çıxışlarda bu sahənin inkişafı ilə əlaqədar təkliflər səslənib. Avropa İttifaqının bütün ölkələrdə yaradıcı sənayenin inkişafına dəstək verəcəyi qeyd olunub.

Forum işini panel iclaslarında davam etdirib.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Yaradıcı sənayelərin inkişafında sərhədsiz əməkdaşlıq adlı panel iclasda çıxış edib.

Nazir Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Yaradıcılığın inkişafının nəinki mədəniyyətin, eləcə iqtisadiyyatın, turizmin bir çox digər sahələrin inkişafında rolunu qeyd edən nazir Azərbaycanda bu sahədə görülən işlərdən danışıb. Əbülfəs Qarayev həmçinin Bakıda 2017-ci ildə keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədlərindən danışıb tədbir iştirakçılarını Foruma dəvət edib.

* * *

Gürcüstanda səfərdə olan mədəniyyət turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib. Nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, nazirliyin səfirliyin əməkdaşları, Milli Məclisin deputatı Rauf Əliyev iştirak ediblər.

Nazir Gürcüstana səfəri çərçivəsində Tbilisidə Nəriman Nərimanov muzeyinin bərpası istiqamətində görülən işlər, Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının vəziyyəti ilə tanış olacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görüş keçirəcək.

 

Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələr yüksək səviyyədədir

Tbilisidə keçirilən Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar inkişaf üçün mədəniyyət yaradıcılıq yolları adlı beynəlxalq forumda iştirak bizim üçün çox vacibdir. Biz bu tribunadan Azərbaycanın iqtisadi, mədəni inkişafı, turizm imkanları, eləcə yaradıcı sənayenin inkişafı sahəsində gördüyümüz işlər barədə dünya ictimaiyyətinə geniş məlumat verdik.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazir deyib ki, beynəlxalq forumda müzakirə olunan məsələlər inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir. Panel iclaslarda Azərbaycan turizminin mədəniyyətə, həm mədəniyyətin turizmə təsiri mövzusunda fikir mübadiləsi apardıq.

Ə.Qarayev deyib: Azərbaycanda son vaxtlar mədəniyyət, eləcə də turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edilir. Biz bir sıra tvinninq layihələri reallaşdırmışıq. Bu işlər bu gündavam edir. Biz Azərbaycanda gedən proseslər haqqında məlumatı çatdırdıq, bununla da ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdik.

Forumda həmkarımızla fikir mübadiləsi aparmaq bizim üçün vacibdir

Azərbaycanın mədəniyyət və turizm nazirinin Tbilisidə keçirilən Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalarinkişaf üçün mədəniyyət və yaradıcılıq yolları adlı forumda iştirakı strateji tərəfdaş olan ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

Nazir deyib ki, bu forumda yaradıcı sənayenin inkişaf perspektivləri əsas müzakirə mövzusu olub. Kreativ ideyalar, yaradıcı sənaye, mədəniyyətin şaxələndirilməsi sosial-iqtisadi əlaqələrin, turizmin inkişafında mühüm rol oynayır. Azərbaycanda yaradıcı sənayenin inkişafına böyük əhəmiyyət verilir. Bu forumda azərbaycanlı həmkarımla fikir mübadiləsi aparmaq, Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün vacibdir.

Azərbaycan bu sahədə xeyli uğurlar əldə edib. Forumda, eləcə də ikitərəfli görüşlərdə biz bu və digər məsələləri müzakirə etdik, - deyə M.Georqadze vurğulayıb.

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.3.