Bakı Musiqi Akademiyasının yubileyi münasibətilə konsert

 

 

   Dekabrın 7-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Ümumi fortepiano kafedrasının tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

   Konsert Bakı Musiqi Akademiyasının yaranmasının 95 illiyinə həsr olunub. Kafedranın tələbələrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.10.