Azərbaycanım - yurdum mənim

 

Zaqatala rayon Mədəniyyət mərkəzinin dəstəyi ilə rayonda məcburi köçkünlər üçün salınmış məhəllədə Azərbaycanım - yurdum mənim adlı ədəbi-bədii gecə təşkil edilib.

Tədbiri mədəniyyət işçisi Elçin Davudov açıq elan edib, sonra Ağdam rayonunun 152 saylı köçkün tam orta məktəbinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Qüdrət Qırtımov çıxış edib.

Müəllim və şagirdlərin hazırladığı şeir kompozisiyaları təqdim olunub. Mədəniyyət mərkəzində fəaliyyət göstərən Kral ansamblının müşayiəti ilə müğənnilər Vüqar Əsədzadə, Günel Nəbiyeva, Səxavət Qarabağlı, İlfan Muradovun ifasında xoş ovqat yaradan mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Anar İsmayılov və Şahzadə Məmmədovanın ifa etdiyi Uzundərə rəqs nömrəsi də tədbirə xüsusi rəng qatıb.

 

Mədəniyyət.-2016.- 9 dekabr.- S. 15.