Qədim tarixin sentimental təhkiyəçisi

 

   Çoxşaxəli yaradıcılığa malik insanların fəaliyyəti, gördükləri işlər bəzən o qədər zəngin olur ki, bütün bunların bir insan ömrünə sığmasını təsəvvür etmək çətindir.

   Görkəmli tarixçi, şair, yazıçı, müasir rus ədəbi dilinin əsasını qoyan islahatçı, naşirpublisist Nikolay Karamzin də zəngin ömür yaşayıb.

   Nikolay Mixayloviç Karamzin 12 dekabr 1766-cı ildə Simbirsk quberniyasında xırda mülkədar ailəsində dünyaya göz açır. Erkən çağlardan mütaliəyə maraq göstərir. Evlərində zəngin kitabxana vardı. Daha çox Roma tarixi kitablarını oxuyur. Simbirskdə mülkədar məktəbində, sonra Moskvada professor Şadenin şəxsi məktəbində təhsil alır. Təhsilini Moskva Universitetində davam etdirir.

   Mükəmməl təhsil aldıqdan sonra 1781-84-cü illərdə hərbi xidmətdə olur.

   Sonra Moskvaya köçür. Burada rus naşiri, ictimai xadimijurnalisti Nikolay Novikovun çevrəsinə qəbul edilir. Məşhur zadəgan ailəsi Pleşeyevlərlə də əlaqə yaradır. Bu dövrdə ilk tərcümələrini edir. Yaradıcılıq nümunələrində Avroparus tarixinə marağı diqqət çəkir. Moskvada “Ürək və ağıl üçün uşaq mətnləri” uşaq jurnalının redaktorunaşiri olur.

   Bir müddət sonra Avropaya səfər edir, Almaniya, İsveçrə, Fransa və İngiltərənin bir çox şəhərlərində olur. Bu ölkələrdə olarkən böyük fikir sahibləri - Kant, Herder və başqaları ilə maraqlı görüşləri olur. Parisin ictimai-mədəni həyatı onda xüsusilə böyük təəssürat yaradır. Parislilər qəzet, jurnal oxumağa böyük maraq göstərirdilər. Bu həyat gerçəklikləri o vaxt Rusiyada yox idi.

   Moskvaya qayıdan KaramzinMoskovski jurnal”ının nəşrinə icazə alır. Jurnalda onun “Bədbəxt Lizapovesti, “Rus səyyahının məktubu” dərc olunur. Bu yaradıcılıq nümunələri müəllifin rus ədəbiyyatçıları sırasında yerini təmin edir. Onun ədəbi-tənqidi məqalələrində sentimentalizmin estetikası öz ifadəsini tapır.

   Bütün bunlarla yanaşı, böyük mütəfəkkir 1890-cı ildən etibarən tarixi mənbələr əsasında Rusiya ilə bağlı yazılan əsər və əlyazmalarla maraqlanır. Onun tarixə və qədim dövrün hadisələrinə münasibəti 1802-1803-ci illərdə redaktoru olduğuVestnik Yevropı” jurnalının səhifələrində də əksini tapırdı. Bu, Rusiyada ilk ictimai-siyasi, ədəbi-bədii jurnal idi.

   Karamzin 1803-cü ildə Rusiyanın tarixini yazmaq üçün çar I Aleksandrın razılığını alır. Buna görə də o, 2000 rubl məvacibi olan mənbəşünas vəzifəsinə təyin edilir. Arxiv və kitabxanaların qapısı onun üzünə açıq olur. O, bu tarixi missiyanı 23 il, ömrünün sonunadək davam etdirir. Karamzinin 12 cildlikRusiya dövlətinin tarixi” kitabı sonrakı dövrlərdə Rusiyada tarix elminin inkişafına əsaslı təsir göstərib. OnunRusiya dövlətinin tarixi” sadə, maraqlı təhkiyə forması ilə oxucunu cəlb ediro dövrdə kütləvi qiraət olunan əsərlərdən sayılırdı. A.Puşkin yazırdı ki, Karamzinın təqdimatında qədim Rusiya tarixi oxucu üçün Kolumbun Amerikanı kəşf etməsi kimi bir tapıntıdır.

   Nikolay Karamzin 1826-cı ildə vəfat edib. İstər öz dövründə, istər sonrakı dövrdə ona münasibət birmənalı olub, onun rus ədəbiyyatı tarixşünaslığında yeri hər zaman yüksək qiymətləndirilib.

  

   Savalan Fərəcov

  Mədəniyyət.-2016.- 9 dekabr.- S. 15.