Mədəniyyət ocaqlarında anım mərasimləri

 

 

   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ümummilli lider Heydər Əliyevin anma mərasimi keçirilib.

   Tədbirdə BMA-nın Ənənəvi musiqimüasir texnologiyalar kafedrasının dosenti Ariz Abduləliyev ulu öndərin musiqi incəsənəti sahəsində tarixi əhəmiyyətli qərarlarından bəhs edib. Xalq artistləri Arif Məlikov, Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Telman Hacıyev və başqaları böyük şəxsiyyətin tarixi və çoxşaxəli fəaliyyətindən söz açıblar, xatirələrini bölüşüblər.

   Sonda BMA-nın tələbələri kiçik konsert proqramı ilə çıxış ediblər.

   * * *

   Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin oxu zalında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirin sonundaTarix yaradan şəxsiyyət” adlı sərgiyə baxış olub.

   * * *

   Şamaxı rayon Mərkəzi kitabxanasında ulu öndərin həyat və fəaliyyətinə həsr olunan “Sən həmişə bizimləsən” sənədli filminə baxış keçirilib. “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa təşkil olunub.

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.2.