Şahdağ Turizm Mərkəzi qış mövsümünə hazırdır

 

 

Mədəniyyət və turizm naziri Şahdağ Turizm Mərkəzinin fəaliyyətinə və digər məsələlərə həsr olunan tədbirlərdə iştirak edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 13-də Şahdağ Turizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak edib.

Mərkəzdə başa çatdırılan bəzi tikinti işləri, kanat yollarının texniki hazırlığı, birləşmiş istilik-elektrik mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra nazirə mərkəzin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri tərəfindən görülən və icrası planlaşdırılan işlərə dair hesabat məruzə edilib.

Məlumat verilib ki, qonaqların mükəmməl istirahətini təşkil etmək məqsədilə 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilər üçün 100-dən çox təlim keçirilib. Məhz bunun göstəricisidir ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının dəyərləndirməsinə əsasən Şahdağ HotelSpa 9 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub.

Əbülfəs Qarayev eyni zamanda mərkəzin baş layihəçisi, eləcə də yerlixarici podratçı təşkilatların rəhbərləri, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə işlərin gedişini ətraflı müzakirə edib, müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlar verib.

Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzində bu il qış mövsümü üçün hazırlıq işlərinin başa çatdırıldığı, eləcə də yeni mövsümdə planlaşdırılan tədbirlər barədə nazirə geniş məlumat verilib.

Bundan əlavə, Qusar rayon bələdiyyə rəhbərləri, İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə görüş də təşkil olunub. Görüşdə Nazirlər Kabinetinin 1 avqust 2016-cı il tarixli qərarına əsasən yaradılmış Qusar turizmrekreasiya zonası haqqında informasiya verilibbildirilib ki, zonanın yaradılmasının əsas məqsədi regionun vahid turizm idarəetməsinə nail olmaqdır. Bu sahədə idarəçilik Qusar TurizmRekreasiya Zonası Şurasına həvalə olunub, Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov eyni zamanda şuranın sədri təyin edilib.

Görüş zamanı qeyd olunub ki, yaradılacaq turizmrekreasiya zonasına dair məlumatların toplanması və tövsiyələrin təqdim edilməsi, bunların əsasında isə baş planın hazırlanması nəzərdə tutulur. Burada inventarlaşdırma, elektron bazanın yaradılması, tarixi-mədəniyyət abidələrinin turizm obyektləri kimi təqdim olunması, rəqabətqabiliyyətli kadr hazırlığının təşkili, turistik marşrut xəritələrinin hazırlanması, xalq sənəti istehsalının inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və s. bu kimi məsələlər vurğulanıb, bu cür turistik zonaların yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunub.

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.2.