Azərbaycanlı dramaturqun pyesi kalmık teatrında

 

Dekabrın 16-17-də Rusiya Federasiyası Kalmıkiya Respublikasının Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Zalamca pyesi əsasında hazırlanmış Gözlə məni tamaşasının premyerası olacaq. Azərbaycanlı dramaturq pyesi Kalmık Milli Dram Teatrının sifarişi ilə yazıb.

Müəllif bildirib ki, pyesi kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb-yaratmış Sandji Balıkovun Zalamca povestinin motivləri əsasında qələmə alıb.

Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşaya Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.

Xatırladaq ki, 2014-cü ildə kalmık teatrında Əli Əmirlinin Sevən qadın əsəri tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.2.