Ölkəmiz Qırğızıstanda beynəlxalq kinofestivalda təmsil olunur

 

 

 

   Bişkekdəki “Manas” kinoteatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” altıncı beynəlxalq kinofestivalın açılışı olub.

   Kinofestival tanınmış qırğız kinorejissoru Bolot Şamşiyevin “Manasçı” sənədli filmi ilə açılıb.

   Kinofestivalda ölkəmizi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Qara bağ” bədii filmi təmsil edir.

   Filmin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.

   Festival dekabrın 15-də başa çatacaq.

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.3.