Türkologiyanın bu günü və gələcəyi

Dekabrın 9-da Türkiyənin Hacettepe Universitetində I Bakı Türkoloji Qurultayının 90 illiyi münasibətilə Türkologiyanın bu günü və gələcəyi mövzusunda beynəlxalq konfrans keçirilib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu konfransda I Türkoloji Qurultay - türk dünyasının birliyinin simvolu mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında geniş bilgi verib. Konfransda professor Emine Yılmaz 1926-cı il Bakı Türkoloji Qurultayından 90 il sonra Altayistika nəzəriyyəsi, Nadejda Özakdağ I Bakı Türkoloji Qurultayı və Qaqauz türkcəsində əlifba və orfoqrafiya problemləri mövzularında çıxış ediblər.

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.4.