Ömrünü xalqına bəxş edən lider

 

 

 

   Dekabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasında müəllim və şagird-tələbə heyətinin iştirakı ilə müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuşÖmrünü xalqına bəxş edən lider” adlı bədii kompozisiya nümayiş etdirilib.

   Yeddi hissədən ibarət xoreoqrafik kompozisiya ulu öndərin həyat yolunu rəqsin dili ilə təsvir edir. Kompozisiyanın quruluşçu baletmeysteri Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, Xalq artisti, Prezident mükafatçısı Yusif Qasımovdur.

  

   * * *

   Dekabrın 12-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində də ümummilli liderin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq” adlı tədbir keçirilib.

   Mərkəzdə kursda olan dinləyicilər də tədbirdə iştirak edib.

   BDU-nun müəllimi, professor Əsədulla Qurbanov ümummilli liderin Azərbaycanda hakimiyyətə gəlməsi, dövlətçilik sahəsində apardığı məqsədyönlü siyasi fəaliyyət barədə danışıb, onu həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider kimi xarakterizə edib.

   Sonda tədbir iştirakçıları “Əbədiyyətə qovuşan ömür” adlı sərgi ilə tanış olublar.

  

   * * *

   Zaqatala rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anım günü münasibətilə məktəblilər üçün ekskursiya və açıq dərslər keçirilib. Ekskursiyalar zamanı məktəblilərə Heydər Əliyev haqqında film nümayiş olunub.

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.5.