Kulinariya mədəniyyətimizə tarixi qayğı

 

Ulu öndər Heydər Əliyevin bir çox sahələrdə gördüyü işlər mətbuatda geniş işıqlandırılır, lakin onun kulinariya sahəsində qoyduğu irs barəsində az məlumat verilir. 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər ölkənin çox ağır durumuna baxmayaraq milli kulinariya sahəsini də diqqətdən kənarda qoymurdu. 1994-cü ilin iyununda o, Norveçdə keçirilən Ümumdünya Kulinariya Assosiasiyasının 26-cı konqresinə məktub ünvanlamışdı. Konqresdə Azərbaycan Prezidentinin məktubu oxundu.

Böyük öndər bundan sonra milli mətbəx irsimizə diqqətini əsirgəmirdi. 1997-ci ildə onun tapşırığı ilə artıq Azərbaycan Milli Kulinariya Mərkəzinə (AMKM) dövlət büdcəsindən maliyyə ayrılmağa başlandı, qurum ofislə təmin edildi. 1998-ci ildə gənclər siyasəti proqramı çərçivəsində Heydər Əliyev Azərbaycanda gənc və peşəkar kulinarların daimi olimpiadalarının keçirilməsi tapşırığını verdi.

Heydər Əliyevin bizim üçün qoyduğu irs, verdiyi hər bir tapşırıq və imzaladığı sənəd milli mətbəx mədəniyyətimizin inkişafı üçün böyük bir proqramdır. Biz sevinirik ki, bu gün Azərbaycan dövləti öz siyasətində Heydər Əliyevin kulinariya irsinə diqqət və qayğısını davam etdirir.

Tahir Əmiraslanov

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.5.