Qusar teatrında balacalar üçün tamaşa

 

 

 

   Qusar Dövlət Ləzgi Dram Teatrında balacalar üçün İsgəndər CoşqununÇal, oynanağıl-tamaşası hazırlanıb.

   Səhnə əsərinə Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova quruluş verib, quruluşçu rəssam Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları Lalə Qurbanova, Kəmalə Qasımova, Kifayət Yusifova, Albert İsrafilov, Namik Mustafayev ifa edir. Tamaşanın qış tətili günlərində məktəblilərə nümayiş etdirilməsi nəzərdə tutulub.

 

 

   Mədəniyyət.- 2016.- 14 dekabr.- S.7.