Gənc ifaçıların solo konserti

 

 

   Dekabrın 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində bəstəkar, pianoçu, Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyovanın tələbələri - Bakı Xoreoqrafiya Akademiyasının magistrantları, beynəlxalq müsabiqə laureatları Arzu Hüseynova və Mirxavər Əliyevanın solo konserti keçirildi.

   Konsertdə Q.Qarayev, C.Hacıyev, Niyazi, F.Əmirov, İ.Brams, K.Debüssi, S.Raxmaninovun əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olundu. Gənc musiqiçilər görkəmli bəstəkarların əsərlərini böyük sevgi və məharətlə ifa etdilər. Bütün ifalar alqışlarla qarşılandı. Konsertdə Bakı Xoreoqrafiya Akademiyası və Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, mənzil-muzeyin əməkdaşları iştirak edirdi.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.8.