ASSİTEJ-in bülletenində IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında məqalə

 

 

   2016-cı ilin 7-8 noyabr tarixində keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda yazı dərc olunub. Material Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının - ASSİTEJ-in bu ay üçün nəşr olunmuş elektron bülletenində işıq üzü görüb.

   Yazıda “Teatrmultikulturalizmmövzusunda keçirilmiş konfrans çərçivəsində Gənc Tamaşaçılar Teatrının baş tutmuş ASSİTEJ prezidentləri və nümayəndələrinin iclasından da bəhs olunur.

   Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, beynəlxalq teatr qurumlarının nümayəndələri iştirak ediblər. Yazıda konfrans çərçivəsində keçirilmiş plenar iclaslar, treninqseminarlar haqqında da məlumat verilib.

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.11.