İnsanlar fərqli, rəylər oxşar, təəssürat eyni

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransı iştirakçıları yazırlar

Adətən, deyirlər ki, miqyasından asılı olmayaraq bütün xoşagələn və ya xoşagəlməz hadisələri ilk təəssürat keçdikdən sonra qiymətləndirmək daha məsləhətdir. Bəs əgər təəssürat köhnəlmək bilmədikdə necə olsun? Teatrmultikulturalizm mövzusuna həsr edilmiş IV Bakı Beynəlxalq Teatr Konfransından bir aydan çox vaxt keçir. 38 ölkədən Azərbaycana gəlmiş teatr mütəxəssislərinin minnətdarlıq məktubları konfransın təşkilat komitəsinin elektron ünvanına hələ də daxil olur. Bakını ziyarət etmiş qonaqlar ölkələrinin dövri mətbuatında da bu barədə yazır, sosial şəbəkələrdə təəssüratlarını paylaşır, təşkilatçılara ünvanladıqları məktublarda həm də növbəti konfranslarla bağlı təkliflərini bildirirlər.

Konfrans təəssüratları ilə bağlı rəyləri gözdən keçirdikdə onları məzmununa görə şərti olaraq bir neçə qrupa ayırmaq olar: konfransa dair təkliflər və tədbirin informasiya və təcrübə mübadiləsi baxımından əhəmiyyəti, Bakı və Azərbaycan heyranlığı, təşkilatçılara təşəkkür.

İşgüzar təkliflər...

...Bakıya gəlməzdən əvvəl Sizin proqramla tanış olarkən düşünürdüm ki, bu qədər əyləşib çıxışları dinləmək çox çətin olacaq. Amma məruzələri dinlədikcə anladım ki, çox yanılmışam. Maraqlı informasiya, rəngarəng tematika və 6 məruzəni ardıcıl dinləmək - heç də çətin deyilmiş. Sadəcə, növbəti dəfə bütün çıxışçılardan xahiş etmək lazımdır ki, mütləq təqdimat hazırlasınlar, belə daha yaxşı və daha maraqlı olar.

İkincisi, kitab konfrans başlamazdan öncə üç dildə çap olunursa, bəlkə iştirakçılar sadəcə, annotasiya xarakterli çıxış etsinlər və həmin annotasiya üzrə digərlərini maraqlandıran suallara cavab versinlər? Təəssüf edirəm ki, ustad dərsləri bizim üçün münasib vaxta düşmədi. Qazaxıstan nümayəndə heyəti həmin treninqlərdə, xüsusən də moskvalı tənqidçinin treninqində çox olmaq istərdi. Ən başlıcası, Azərbaycan teatrlarının hamısını görə bilmədik. Arzu edərdik ki, konfrans davam edən bütün günlərin planına teatr tamaşaları salınsın. Biz, qazaxıstanlılar sizin konfransa gəlməyi çox sevirik. Bir daha hamıya təşəkkür edirik.

Gülnara Jumaseitova

M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşı, elmlər namizədi, dosent (Qazaxıstan)

...Mövzu çox uğurla seçilmişdi, ona fərqli bucaqlardan nəzər salmaq olar. Çıxışlar toplusunun konfransdan öncə üç dildə, tam mətnlə nəşrinə isə qibtə etmək olar. Məruzə üçün 10 dəqiqə çox azdı. Mən çox istərdim ki, hər plenar iclasın sonunda sualdiskussiyalara vaxt ayrılsın. Çünki maraqlı məruzələr çox idi və onların ətrafında müzakirə aparmağa dəyərdi.

Konfrans məni çox ruhlandırdı, çünki biz son illər Latviyada Rusiya, LitvaEstoniyadan başqa, postsovet məkanındakı teatr prosesləri barədə az məlumatlıyıq. Asiya və Şərq teatr prosesi barədə isə biliyimiz heç vaxt çox olmayıb.

Liqa Ulberte

Latviya Mədəniyyət Akademiyasının dosenti

Səmimi heyranlıq

Bakıya budəfəki səfərimin məqsədi dördüncü dəfə gerçəkləşdirilən Bakı Beynəlxalq Teatr Konfransı idi. İllər öncə ilk konfransa da qatılmışdım və gözəl təəssüratlarla da geri dönmüşdüm.

Azərbaycan mədəniyyət və turizm naziri, dəyərli Əbülfəs Qarayevonun müavini, dəyərli Ədalət Vəliyev və hörmətli Şaiq Səfərovun başında durduğu işgüzar komanda heç bir axsamaya imkan vermədən saat kimi çalışdı. Azərbaycan bu düzənli və mükəmməl təşkilatçılığı ilə dünya teatr sənətinə olduğu qədər dünyada sülhün bərqərar olmasına da əhəmiyyətli dərəcədə töhfə verdi və verməkdədir.

Azərbaycan belə böyük təşkilatçılığı ilə bir çox ölkələrin bacarmadığını bacardı və necə böyük ölkə olmağın ən gözəl örnəyini göstərməkdədir.

Tuncər Cücənoğlu

Dramaturq, Türkiyə

...Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin final məruzəsi güclü təəssürat oyatdı. Əlbəttə, bu məruzə dövlət məmurunun monoloqu idi. Yarımsaatlıq nitq kulturoloji və teatrşünaslıq leksikası ilə zəngin idi, bu nitq ixtiyar sahibi olan elm adamının hər şeyi necə qadağan etməyin lazım olması barədə deyil, Azərbaycanda teatrın real problemləri barədə söz açan elm adamının peşəkar mülahizələri idi.

Pavel Rudnev

Moskvalı teatr tənqidçisi

 

 

Konfransın ilk günündə təntənəli plenar iclasın teatrlaşdırılmış proloqu ev sahibi olan ölkə - Azərbaycan barədə elə xoş təəssürat oyada bildi ki, həmin tamaşanın rejissoruna xüsusi minnətdarlıq etmək lazımdır. Proloqun dramaturgiyası böyük ruh yüksəkliyi doğurdu və konfransın mövzusunu tamamladı.

Anna Kurinnaya

Xarkov Dövlət Mədəniyyət Akademiyasının dosenti (Ukrayna)

...Konfransın rəsmi açılış mərasimində bu qədər dövlət rəsmisini görəndə Azərbaycan teatrındakı həmkarlarıma qibtə etdim. Kaş bizdə də yüksək rütbəli məmurlar teatrlarımıza bu cür diqqət yetirəydi.

Əmin ola bilərsiniz ki, iki ildən sonra baş tutacaq növbəti 5-ci konfransınıza İspaniyanın tanınmış teatr xadimləri tərəfindən külli miqdarda ərizə alacaqsınız!

Bir kiçik xahişim var. Olarmı konfrans iki gün deyil, ən azı üç gün davam etsin?

Pilar Almansa

İspaniyanın La Pittbull teatrının baş rejissoru

Artefaktum teatrı adından bu mötəbər beynəlxalq tədbirin təşkilinə görə təşəkkürümü valeh olduğumu bildirirəm. Mən tam əminliklə deyə bilərəm ki, konfransınızda iştirak etməyim bizim teatrımızın inkişafına xidmət edəcək.

...Biz Bakı konfransına həsr olunmuş videoçarxı internetdə yerləşdirdik çoxlu müsbət rəy aldıq.

Alberto Santyaqo

Meksikanın Artefaktum teatrının baş rejissoru

...Bakı məni qədimliyin müasirliyin ecazkar qovuşuğu ilə heyran etdi, mən sanki eyni zamanda həm Avropaya, həm Şərqə səfərə çıxmışdım. Hər şey: gözəl mənzərələr, suvenirlər, əlbəttə ki, misilsiz mətbəxiniz çox xoşuma gəldi.

Konfrans yüksək səviyyədə, beynəlxalq formata uyğun təşkil edilmişdi. Ən başlıcası, müxtəlif ölkələrin teatrları arasında bizim hamımıza çox gərək olan işgüzar münasibətlər yarandı.

Ağıllı rəhbərlər mədəniyyət incəsənət sahəsində ağıllı siyasət yeridirlər. Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevə ehtiramımı xüsusi bildirmək istəyirəm. Konfransın bağlanışında onun parlaq çıxışı yaddaqalan oldu, Teatr kitabına görə ona çox sağ olun deyirəm.

Bu səfərdə bizi qarşılayan, müşayiət edən, səmərəli çalışmağa həvəsləndirən hər kəsə Allah cansağlığı xoş günlər nəsib etsin.

Fəridə İsmagilova

Almetyev adına Tatar Dövlət Dram Teatrının direktoru

 

 

Minnətdarlıq

Mənim üçün IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək şərəf idi. Həmçinin məruzə etməyə imkan verdiyinizə görə, eləcə Azərbaycan teatr professionallarının iştirakçı ilə seminarın təşkili üçün Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyinə minnətdaram. Sizin hamınızla əməkdaşlıq etmək olduqca rahat idi. Ümumiyyətlə, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulamalıyam.

Devid Parriş

İngiltərəli mühazirəçi və məsləhətçi, Yaradıcılıqda biznes bestseller kitabının müəllifi

...Siz, bu qədər müxtəlif ölkəni təmsil edən insanları bir yerə toplamaqla vacib və gözəl bir görmüsünüz. Hamımız özümüzü burada sanki bir komanda, hətta bir ailənin üzvü kimi hiss edirdik! Özümüzü evdəki kimi hiss edirdik! Bravo!

Təşkilat Komitəsinin üzvləri və rəhbərliyinin nümunəvi təşkilatçılıq qabiliyyəti qarşısında baş əyirəm.

Şübhə etmirəm ki, bizim yollarımız tez-tez kəsişəcək. Bir dünya dardır!

Savas Patsalidis

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının vitse-prezidenti, Tənqidi səhnələr beynəlxalq internet jurnalının baş redaktoru (Yunanıstan)

...Göstərdiyiniz misilsiz səylərə görə minnətdarlığımı bildirirəm və həqiqi uğurlu konfrans ilə hamınızı təbrik edirəm!

Mən indiyə kimi 33 beynəlxalq teatr konfransında iştirak etmişəm, lakin Bakı Beynəlxalq Teatr Konfransı, heç şübhəsiz, onların hamısını üstələdi! Bravissimo!

Bəlkə də ilk konfrans idi ki, burada nə gecikmələr, nə təcili dəyişikliklər baş verdi. İş cədvəli bir dəfə də olsun pozulmadı! İnanılmazdı!

Konfrans günlərində heç bir iştirakçıdan cüziolsa belə, narazılıq eşitmədim. Əksinə, onlar da mənim kimi heyranlıq dolu təəssüratlarını bölüşməyə çalışırdılar. Ümumiyyətlə, bütöv konfrans sanki kütləvi mehribanlıq və professional anlaşma şəraitində keçdi.

Bakının gecə işıqlarını da görəndən sonra əlavə bir neçə gün burada qalmaq qərarına gəldim və buna əsla heyfsilənmirəm.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, eləcə də Təşkilat Komitəsinə yüksək səviyyədə yerinə yetirdiyi işə görə dərin minnətdarlığımı bildirirəm.

İrina Markezini

Bolonya Universitetinin professoru, incəsənət elmləri doktoru (İtaliya)

...Mən sizin qonaqpərvər ölkənizi zəngin təəssüratlarla tərk edirəm.

Şri-Lanka Təhsil Nazirliyinin Dram teatr şöbəsinin əməkdaşı olaraq bir çox tədbirlər keçirirəm Bakı Konfransının təşkilində bir çox tapıntıları öz təcrübəmdə istifadə etmək niyyətindəyəm.

Bir daha mənə konfransda iştirak etmək üçün göstərdiyiniz köməyə görə təşəkkür edirəm. Gələn konfransda mütləq iştirak edəcəyəm.

Varuna Alahakun,

Şri-Lanka Təhsil Nazirliyinin Dram teatr şöbəsinin rəis müavini

 

Hazırladı: Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.11