Azərbaycanda islam dünyası tolerantlıq

 

Dekabrın 15-də Gallery 1969 sərgi salonunda Azərbaycanda islam dünyası tolerantlıq adlı fotosərgi açılıb.

Gənc fotoqrafların əsərlərindən ibarət sərgi Gənclər İdman Nazirliyinin (GİN) Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva bildirib ki, sərginin təşkil olunmasında məqsəd gənclərimiz arasında dini dəyərləri və tolerant yanaşma tərzimizi təbliğ etməkdir. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu qeyd edib ki, sərgidə nümayiş olunmaq üçün 40 gənc fotoqraf tərəfindən 300-dən çox fotoşəkil təqdim olunub. Mütəxəssislər tərəfindən 22 fotoqrafın 50-dək əsəri seçilib. Sərginin ekspozisiyasında yer alan bu əsərlərdə ölkəmizin tolerant yanaşma tərzi nümayiş olunur. Sərgi üç gün davam edəcək.

 

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.3.