Həddən artıq uyğunluq bədii filminin təqdimatı keçirildi

 

Dekabrın 15-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında lentə alınmış Həddən artıq uyğunluq bədii filminin təqdimatı keçirildi.

Təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiya tərəfindən müxtəlif janrlardamövzularda filmlər çəkildiyini vurğuladı. Son dövrlər çəkilən uğurlu filmlərdən danışan direktor bildirdi ki, artıq gənc nəsil arasından istedadlı, yaradıcı kino heyəti yetişməkdədir. Bir il ərzində müstəqil olaraq 19 filmin çəkildiyini söyləyən Müşfiq Hətəmov kinostudiyanın 10-dan artıq filmə dəstək verdiyini vurğuladı. Qeyd etdi ki, kommersiya xarakterli Həddən artıq uyğunluq filmində tanınmış və gənc aktyorlar rol alıb.

Sonra ekran əsərinin yaradıcı heyəti səhnəyə çıxdı. Rejissor Ülviyyə Könül, ssenari müəlliflərindən Aleksandr Mərdan, Xalq artisti Afaq Bəşirqızı və digər çıxış edənlər filmin çəkilişinə dəstək olanlara minnətdarlıqlarını bildirdilər.

Daha sonra film nümayiş olundu.

Çəkilişləri ABŞ-da Azərbaycanda aparılan filmin rejissoru Ülviyyə Könül, ssenari müəllifləri Ramiz Fətəliyev Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrlı filmdə baş rolları Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova digərləri canlandırırlar.

Qeyd edək ki, dekabrın 16-dan etibarən bütün kinoteatrlarda filmin nümayişi başlanır.

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.2.