Xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsi anılıb

 

 

Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət sarayında Xalq rəssamının xatirəsinə həsr olunmuş Sənətin Məcnunu adlı yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərindən söhbət açılıb. Bildirilib ki, görkəmli rəssamın əsərləri doğma torpağa sevgi rəmzi, eləcə də xalqın yaşam tərzinin, sadə insanların dünyaya baxışlarının əsl ensiklopediyasıdır. Tədbirdə yazıçı-jurnalist Təranə Cəbiyevanın Səttar yadigarı kitabının təqdimatı keçirilib. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi və müəllifi olduğu şeirlər də toplanıb.

Musiqili proqramla davam edən tədbirdə Mədəniyyət sarayında fəaliyyət göstərən rəsm kursu şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.2.