Ağdam Dram Teatrında ölümnümayiş olunub

 

   

   Dekabrın 15-də Ağdam Dövlət Dram Teatrında V.Siqarevin ölüməsəri əsasında tamaşa nümayiş olunub. Əsər narkomaniyanın ziyalı bir ailəni məhv etməsindən bəhs edir. Bir ailənin timsalında cəmiyyətin, hətta bəşəriyyətin bəlasına çevrilən bu dəhşətli kabusun necə faciələrə səbəb olduğu göstərilir.

   Tamaşaya teatrın baş rejissoru Əməkdar artist S.Əliyev quruluş verib. Quruluşçu rəssam E.Balakişiyev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları F.Yusifova, N.Ələkbərov, H.Şirin, E.Cavadov, X.Xudadatova, E.Mürşüdov və Q.Abdullazadə oynayırlar.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.2.