Dövlət Musiqili Teatrının konsertmeysteri mükafatlandırılıb

 

 

Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri, tanınmış pianoçu Nərminə Əbdürrəhmanova teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Nərminə Əbdürrəhmanova 24 dekabr 1956-cı ildə Bakıda anadan olub. 1976-cı ildə Asəf Zeynallı adına Musiqi məktəbinin fortepiano ixtisasını, 1981-ci ildə Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri S.Hacıbəyov adına Musiqi məktəbində müəllimə kimi başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının (Musiqili Komediya Teatrı) vokal sinfi üzrə konsertmeyster vəzifəsinə təyin olunub. Teatrda işlədiyi müddətdə bir çox tamaşalara konsertmeysterlik edib, Qısqanc ürəklər, Qızıl toy, Subaylarınızdan görəsiniz, Hərənin öz ulduzu, Səhnədə məhəbbət, Talelər qovuşandabaşqa tamaşaların hazırlanmasında böyük əməyi olub.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.7.