Almaniya səfirliyi Şəkinin turizm imkanlarına maraq göstərir

 

Şəkinin böyük iqtisadi potensialı geniş turizm potensialı var. Ümid edirəm ki, bu qədim gözəl şəhərə gələn alman turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

Bu fikirləri Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab dekabrın 13-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.

Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Elxan Usubov səfirə qədim Şəkinin tarixi mədəniyyəti, iqtisadi turizm potensialı barədə məlumat verib. Bildirilib ki, rayonda dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Onların qorunması bərpası diqqət mərkəzindədir. Söhbət zamanı nadir memarlıq abidəsi olan Şəki xanları sarayının bərpasında alman mütəxəssislərin rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Şəkidə hər il beynəlxalq səviyyəli festivallar keçirilir. Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı üçün yaxşı imkanlar mövcuddur.

Səfir Mixael Kindsqrab Şəkiyə ilk dəfə səfər etdiyini, şəhərin gözəlliyinə heyran qaldığını bildirib. Almaniyalı diplomat Şəki ilə iqtisadiyyat turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

O, şəhərin tarixi məkanlarına baş çəkib, Şəki xanlarının sarayı ilə tanış olub, Şəki-İpək ASC-də istehsal prosesini izləyib.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.9.