Soydaşımız Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb

 

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü Abbas Kazımov Rənglərin qafiyəsi layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib.

Medal rəssama Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin iclasında təqdim olunub. Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev iştirak edib.

Soydaşımız Rusiya Rəssamlıq Akademiyasının fəxri akademikidir. Onun Rənglərin qafiyəsi layihəsi bu ilin iyununda Azərbaycanın RF-dəki səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə təqdim olunub. Ekspozisiyaya müəllifin Qırmızı və qara, Pirosmaniyə ithafXalça üslubunda seriyasından 100-dək əsəri daxil edilib.

Abşeron rəngkarlıq məktəbinin ən məşhur yetirmələrindən biri olan A.Kazımovun əsərləri Rusiya Dövlət Şərq Muzeyində, Dövlət Tretyakov Qalereyasında, digər ölkələrin muzeylərində, rəsm qalereyalarında və şəxsi kolleksiyalarda nümayiş etdirilir.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.12.