Eksponatların ikinci həyatı

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi fondlarını zənginləşdirmək məqsədilə müxtəlif tarixi dövrlərə aid maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirir.

Muzeydən bildirilib ki, belə materiallardan biri İkinci Dünya müharibəsi dövrünə aid əsgər dəbilqəsidir. Muzeyə təhvil verilən zaman dəbilqənin bərpaya ehtiyac olduğu üçün bərpa laboratoriyasına göndərilib. Bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən eksponata ikinci həyat verilib.

Belə ki, kimyəvi məhlullar vasitəsilə dəbilqənin üzərindən pas təbəqəsi təmizlənib və xüsusi qoruyucu maddə çəkilib. Hazırda əsgər dəbilqəsi muzeyin Silahlarbayraqlar fondunda mühafizə olunur.

 

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.15.