“İpək Yolu ölkələrinin sirk sənəti” mövzusunda seminar

 

 

   Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Azərbaycan sirkinin yaranmasının 70 illiyinə həsr edilən “İpək Yolu ölkələrinin sirk sənəti” mövzusunda elmi seminar keçirilib.

   Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Çin sirk sənətinin unikallığı barədə danışıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Rəcəb Məmmədov milli sirk sənətinin tarixi, Azərbaycanın sirk ənənələri və janrlarından bəhs edib.

   ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çin sirk ustalarının yüksək səviyyəli ifa bacarığı, bu ölkənin sirk sənətinin AsiyaAvropa xalqlarının mədəniyyətinə təsiri barədə məlumat veriblər.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.15.