Multikulturalizm tablosu sənətsevərlərə təqdim edilib

 

 

Əməkdar rəssam, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov Multikulturalizm adlı rəsm əsəri üzərində işi başa çatdırıb.

Rəssam sənətsevərlərə təqdim etdiyi yeni əsəri vasitəsilə Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyinin dövlət sərvəti olduğunu çatdırmağa nail olub. Əsər 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsinə töhfədir.

Qeyd edək ki, Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Dünya xalqları incəsənəti Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm Mədəniyyət Akademiyasının üzvüdür. O. Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin idarə heyətində təmsil olunur. Rəssamın işlərinin əsas mövzusu Azərbaycan xalqın milli adət-ənənələridir.

Lalə

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.16.