Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşa

 

 

 

   Yuğ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrında C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib. Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub. Janrı qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli də quruluşçu rejissora məxsusdur.

   Tamaşanın premyerası dekabrın 15-də Dərbənd Ləzgi Teatrının binasında baş tutub.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.2.