Xocalı dəhşətlərindən bəhs edən monotamaşa Türkiyə səhnəsində

 

 

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı dramaturq Aygün Həsənoğlunun Xocalı qətliamından bəhs edən Adsız qadın monotamaşası səhnəyə qoyulub.

Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun quruluş verdiyi tamaşanın premyerası Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Üsküdar Kərəm Yılmazər Səhnəsində keçirilib.

Monotamaşada əsas rolu aktrisa Kəmalə Kamilqızı ifa edib. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub.

Premyeraya dəvət olunan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tamaşadan sonra çıxış edərək xalqımızın qan yaddaşı olan səhnə əsərinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tamaşanın maraqlı cəhətlərindən biriteatrkinonun sintez edilməsindədir. Səhnə əsərində Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub.

Tamaşada Xocalı dəhşətinin miqyasını nümayiş etdirmək üçün kütləvi səhnələr yer alıb. Bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, tələbələr iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.2.