Böyük İpək Yolu mədəni turizm marşrutu yaradılacaq

Mövcud marşrutlar yenidən tədqiq ediləcək

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində yer alan mühüm məsələlərdən biri də Azərbaycanın mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobilpiyada marşrutlarının tərtib edilməsi ilə bağlıdır.

Sənəddə qeyd edilir ki, ölkənin əsas turizm məkanlarından keçəcək yeni Böyük İpək Yolu adlı mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdiriləcək və inkişaf etdiriləcək. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti tərəflərlə birlikdə işə başlayacaq.

Böyük İpək Yolu mədəni turizm marşrutu, eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə Aleksandr Düma Qafqazda", "Azərbaycanda şərab yolu", "Azərbaycanda alman izləri", "Azərbaycanda polyak izləri", Babaların tarixi zəfər və şəhadət yolu və Naxçıvanda Nuhun gəmisi kimi mədəni turizm marşrutları beynəlxalq tələblərə uyğun olaraq yenidən tədqiq ediləcək. Bu marşrutların pasportlaşdırılması həyata keçiriləcək və marşrutlar boyu müvafiq turizm göstəriş nişanlarının yerləşdirilməsi, həmçinin Azərbaycan, ingilis, ərəb və rus dillərində xəritələrin işlənib hazırlanması təmin ediləcək. Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni, tarixi görməli yerləri, milli parkları müəyyən ediləcək, gündəlik-həftəlik avtomobilpiyada marşrutlarının proqramları hazırlanacaq.

Mədəni turizm marşrutlarının yaradılması və inkişafının 2020-ci ildə birbaşa 10 milyon manat və dolayı 10 milyon manat olmaqla, ümumilikdə real ÜDM-in 20 milyon manat artımına, eləcə də 2020-ci ildə ümumilikdə 3700 olmaqla, bilavasitə turizm sektorunda 2700 yeni yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır. Qeyd olunan marşrutlar üzrə yerləşəcək 24 ədəd turizm nümayiş obyektinə 180 min turistin cəlb olunması gözlənilir. Bu prioritet çərçivəsində yerləşdirmə vasitələrinin, eləcə də mədəni turizminekoturizmin inkişafı, marşrutlar üzərində təbliğat qurğuları və turist dayanacaqlarının yenidən qurulması üçün 95 milyon manat investisiya qoyuluşu tələb olunur.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.4.