Füzuli Dram Teatrı hərbçilərin qonağı olub

 

 

Füzuli Dövlət Dram Teatrının kollektivi ənənəyə uyğun olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı ərəfəsində hərbçilərin görüşünə gedib.

N saylı hərbi hissədə qonaq olan kollektiv teatrın repertuarından Ə.Əsgərovun "Qız atası, S.Axundovun "Bəndalı bəndə düşüb digər tamaşalardan parçalar təqdim edib. Rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva başqaları çıxış edib.

Həmçinin teatrın aktyor və aktrisalarının ifasında gözəl mahnılar və rəqslər bayram ərəfəsində əsgərlərdə yüksək stimul yaradıb.

 

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.5.