“O da aşiq ola...”

 

 

 

   Üç dramaturqun pyesi əsasında multikultural kontekstli tamaşanın premyerası

  

   Dekabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının Anton Çexovun “Ayı”, Xalq yazıçısı Elçinin “O da aşiq olub yaza dünyada...” və Boris İoseleviçin “Yelləncəkdə iki nəfər” pyesləri əsasında hazırladığı “O da aşiq ola...” adlı tamaşanın premyerası olub.

   S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında təqdim edilən tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadədir. Layihənin bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.

   Tamaşa Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili ölkəmizdə “Multikulturalizm ilielan etməsi ilə əlaqədar Azərbaycan, rus və yəhudi dramaturqların pyesləri əsasında multikultural kontekstdə hazırlanıb. Üç pyesin motivləri əsasında ərsəyə gələn səhnə əsərində insanın hissləri, emosiyaları ön plana çəkilir. Ümumi süjet xəttində isə müxtəlif xalqların ritualları, adət-ənənələri əksini tapıb.

   Tamaşada rolları Əməkdar artist Vaqif Kərimov, Şəbnəm Cəbrayılova, Əjdər Zeynalov, Zülfiyyə Eldarqızı, Niyaməddin Səfərəliyeva, Tural Tahir, Emin Sevdiməliyev, Məryəm Qələndərova, Rövşən Cəfərov, Ayşən Mirzəyeva və digərləri ifa ediblər. 

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.6.