Rəqsin dili ilə dinən Muğam

 

 

Bu il tanınmış Azərbaycan bəstəkarı Nazim Əliverdibəyovun anadan olmasından 90 il keçir. Yubiley ilə əlaqədar bəstəkarın irsi yenidən araşdırılır, onun əsərlərindən ibarət konsert proqramları tərtib edilir.

Dekabrın 16-da Akademik Opera Balet Teatrında bəstəkarın Mirzə Şəfi Vazehin şeirlərinin motivləri əsasında yazdığı Muğam baletinin premyerası baş tutub.

Xatırladaq ki, 9 dəqiqəyə yaxın davam edən xoreoqrafik miniatür ilk dəfə 1972-ci ildə oynanılıb. O zaman əsərə xoreoqraflar, xalq artistləri Rəfiqə Axundova Maqsud Məmmədov quruluş veriblər, tamaşanın quruluşçu rəssamı isə Tahir Tahirov olub. Əsas partiyaları Tamilla Şirəliyeva Vladimir Pletnyov ifa edib. Şeirləri isə Azərbaycanın tanınmış aktrisası qiraət ustası Vera Şirye söyləyib. Sonralar Muğam Moskvada baletmeysterlər balet artistlərinin III Ümumittifaq müsabiqəsində uğurla oynanılıb, xarici ölkələrə qastrol səfərlərində dəfələrlə nümayiş etdirilib.

Bizim günlərdə bərpa edilmiş bu xoreoqrafik miniatürü teatrın solistləri - Q.Almaszadə adına I Klassik Milli Rəqs Müsabiqəsinin Qran-pri mükafatçısı Cəmilə Kərimova Makar Ferştandt təqdim ediblər. Gənc solistlərin məşq prosesində Rəfiqə xanım Maqsud müəllim şəxsən iştirak edib, onlara öz tövsiyələrini veriblər. İfaçılar elə 1972-ci ildə lentə alınmış musiqi əsərinin lent yazısının sədaları altında çıxış ediblər.

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.6.