Rəqs üzrə müsabiqənin qalibləri mükafatlandırılıb

 

   Azərbaycan Teatr Xadimləri İttifaqında rəqs üzrə Azərbaycan kuboku müsabiqəsinin yekun tədbiri keçirilib. Müsabiqə Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Gənclər İttifaqının və “Lenovo” kompaniyasının dəstəyi ilə gerçəkləşib. Yarışmaya 3 yaşdan 43 yaşadək iştirakçılar qatılıb.

   Müsabiqədə etnik folklor, şou-dans, bollywood, hip-hop şouçerlidinq nominasiyaları üzrə çıxış edən qaliblər mükafatlandırılıb.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.7.