Qara bağBişkekdə festivalda nümayiş olunub

 

 

   Qara bağ” bədii filmi 12-15 dekabr tarixində Bişkekdə keçirilən 6-cı “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” Beynəlxalq festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev iştirak edib. “Qara bağ” qısametrajlı filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “40-cı paraleldə” kinoalmanaxına daxildir. Quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.8.