“ASAN Vizaportalının təqdimat mərasimi keçirilib

 

 

   Portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 günü müddətində elektron poçt ünvanına göndəriləcək

  

   Dekabrın 16-da “ASAN Vizaportalının təqdimat mərasimi keçirilib.

   Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov portalın hazırda test rejimində fəaliyyət göstərdiyini, 2017-ci il yanvarın 10-dan etibarən tam istifadəyə veriləcəyini bildirib.

   Qeyd edilib ki, “ASAN Vizaportalının yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik şəffaflığın təmin edilməsidir. Portalın üstünlüyü ondan ibarətdir ki, əcnəbilər evlərindən çıxmadan, onlayn rejimdə müraciət edərək viza əldə edə biləcəklər.

   Diqqətə çatdırılıb ki, ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 günü müddətində elektron poçt ünvanına göndəriləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfər, ailə (ən azı 2, ən çoxu 10 nəfər) qrup şəklində (ən azı 10, ən çoxu 300 nəfər) edilməsi nəzərdə tutulur.

   Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi “ASAN Vizasisteminin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanına uyğun olaraq Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “ASAN Vizasisteminin yaradılması təmin edilib.

   İnam Kərimov məlumat verib ki, indiyədək “ASAN Xidmət”ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir. Elektron xidmətlərin bütün sahələrdə inkişafı dövlət üçün prioritet məsələdir. “ASAN Xidmətmərkəzləri yalnız Azərbaycan vətəndaşlarına deyil, o cümlədən ölkəmizdə yaşayan xaricilərə vətəndaşlığı olmayan şəxslərə çoxsaylı dövlət xidmətləri göstərir.

   Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, ölkələr arasında münasibətlərdə viza siyasətinin sadələşdirilməsi və birbaşa uçuşların olması mühüm əhəmiyyət kəsb edir. Viza siyasətinin liberallaşdırılması ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərir. Statistikaya görə, Azərbaycana səfər edənlərin təxminən 70 faizi ölkəmizlə vizasız rejimdə olan dövlətlərin vətəndaşlarıdır. Dünya təcrübəsi göstərir ki, viza siyasəti tam sərbəst olduqdaviza ilə bağlı mürəkkəb sənədləşdirmə prosesi aradan götürüldükdə ölkəyə turist axını da artır. Ölkəyə gələn turist sayının artması isə öz növbəsində iqtisadiyyatın güclənməsinə, yeni yerlərinin açılmasına, infrastrukturun təkmilləşdirilməsinə, sahibkarlığın inkişafına kömək edir.

   Nazir müavini diqqətə çatdırıb ki, bu ilin cari statistikasına əsasən, ölkəyə gələn turistlərin sayında 11 faiz artım olub. Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfəyədək, təkcə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artıb. 12 ölkənin vətəndaşlarına hava limanlarında viza verilməsi təmin edilib. Bunlar Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya və İndoneziyadır. Elektron vizanın tətbiqindən sonra Avropa ölkələrindən gələnlərin sayında da artım baş verib. "ASAN Viza" sisteminin tətbiqi ilə dünyanın əsas ölkələrindən gələnlərin sayı artacaq. Hazırda əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid məntəqələrində vizanın verilməsi imkanlarının yaradılmasıdır.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.9.