Məni musiqi yaşadır...

 

 

Akif Qürbətov: Əsl musiqiçi həm də yaxşı tacirdir, öz sənətini təqdim etməyi bacarmalıdır

Ölkəmizdə nəfəsli musiqi alətləri ifaçılığında tanınan, sevilən sənətçilərdən biri də Əməkdar artist Akif Qürbətovdur. O, 40 ildən çoxdur musiqi mədəniyyətimizə xidmət edir. Klassik musiqi, milli rəqs və xalq mahnılarımızı layiqincə təqdim edən sənətkar bir çox unudulmuş qədim rəqslərimizi yenidən işləyib, gənc nəslə çatdırılmasına nail olub.

Bugünlərdə 65 illik yubileyini qeyd edən Akif müəllimin Azərbaycan Televiziyasının "Qızıl fond"unda müxtəlif illərdə lentə alınan ifaları qorunub saxlanılır və hər dəfə səsləndirildikdə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Tanınmış klarnet ifaçısı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında nəfəsli alətlər mövzusunda apardığı seminar zamanı həmsöhbət olduq.

Müsahibim öncə musiqiyə gəlməyindən söz açdı:

- Uşaq yaşlarımdan musiqiyə, xüsusilə də nəfəs alətlərinə böyük həvəsim vardı. Valideynlərim isə mənim hüquq sahəsinə getməyimi arzulayırdılar. Dayım istedadımı və həvəsimi görüb valideynlərimi yola gətirdi. Məni musiqi məktəbinə qoydular. Təhsilimi başa vurduqdan sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna, sonra da Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Şənlik ansamblında ifa edirdim. 70-80-ci illərdə bir çox tanınmış ifaçılar sənətə ilk addımlarını bizim ansamblda atmışdılar.

Qeyd etmək yerinə düşər ki, Akif Qürbətov yeganə ifaçıdır ki, həmin illərdə silsilə solo konsertləri təşkil olunub. İnstrumental ifaçılıqda klarnet aləti üzrə nadir hallarda solo konsert təşkil edilərmiş. Klarnetlə yanaşı, zurna, balaban, tütək digər nəfəs alətlərində ustalıqla ifa edən sənətkar vaxtilə Gənclər Estrada Teatrında saksafon ifaçısı kimi fəaliyyət göstərib.

Azərbaycan muğamlarına xüsusi rəğbət bəsləyən bu zəngin xəzinənin incəliklərinə bələd olan A.Qürbətov bu gün gənc nəslin musiqimizə bələd olmasında, milli ritmlərimizin qorunaraq gələcək nəsillərə ötürülməsi yolunda bilik bacarığını əsirgəmir. O, ürəyəyatımlı ifası, məclis mədəniyyəti, insanlara münasibəti ilə gənclər üçün örnəkdir:

- Əsl musiqiçi həm yaxşı tacirdir. O öz sənətini dinləyici, tamaşaçı auditoriyasına təqdim etməyi bacarmalıdır. Bu bacarıq da ondan ibarətdir ki, sən öz musiqini, milli mədəniyyətini sevdirməlisən. İfaçı hər gün axtarışda olmalı, yeni nəfəs tapmalıdır. Bu səbəbdən yaradıcılığım boyu həmişə yorulmadan çalışmışam. 30 ildən çox müəllim işləmişəm. İncəsənət, xüsusən musiqi elə bir sahədir ki, burada pedaqoji ustalıqla yanaşı, istedad da öz sözünü deməlidir. Əgər uşağın həvəsi istedadı yoxdursa, qədər çalışsan da, ondan sabahın görkəmli musiqiçisi yetişdirə bilməzsən.

Akif müəllimin qədim rəqslərimizə məxsusi münasibəti var. Mahur muğamı üstə unudulan qədim el havamız olan Qazağı Matanı rəqslərini lentə aldırıb. Hər iki rəqs televiziyanın Qızıl fonduna daxil edilib.

Hər zaman sevdiyi sənətinin keşiyində duran usta ifaçı deyir ki, musiqiçi həmişə öz üzərində işləməli, sənətini təkmilləşdirməlidir. Vaxtilə Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, İsveçrə, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya digər ölkələrdə təmsil edən müsahibim indi təqaüdçü olsa da, Mədəniyyət Turizm Nazirliyinin tədbirlərində el şənliklərində həvəslə iştirak edir.

Müsahibim müasir musiqimizdə gedən proseslər barədə fikirlərini bölüşdü:

- Bu gün, əfsuslar olsun ki, çoxları özünü həm bəstəkar, həm şair, həm ifaçı hesab edir. Bir sıra ifaçıların oxuduqları mahnıların sözləri, eləcə səhnə, efir tərzləri xoşagələn deyil. Bəllidir ki, xalq mahnılarımızın hər biri böyük əhəmiyyətə malikdir. Çox istərdim ki, xalq mahnılarına sevgi məhz el şənliklərindən başlasın. Əvvəllər bu ənənə var idi. Müasir gənclər ancaq ritmik rəqslərə üstünlük verirlər. Bu da el şənliklərində xalq mahnılarımızın səslənməsinə əngəl yaradır.

Məni musiqi yaşadır, - deyən həmsöhbətim sənətkar xoşbəxtliyinin sirrini belə izah edir: Bəzən hansısa tədbirdə kimsə yaxınlaşır ki, Akif müəllim, filan vaxtı mənim toyumda ifa etmisiniz. İnanın, elə bil dünyanı mənə bəxş edirlər. Məncə, sənətkar üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Öz xalqını dövlətini sevən, həmkarlarına hörmətlə yanaşan, sənət aləmində pillə-pillə ucalan ifaçının əməyi dövlətimizin tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 15 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Musiqiçi deyir ki, sənətkarın yaradıcılığına qiymət veriləndə özünü xoşbəxt hesab edir: Düzdür, sənətkarı ilk növbədə xalq qiymətləndirməlidir. Elin gözü tərəzidir, deyib atalarımız. Mən artıq o qiyməti almışam. Dövlət tərəfindən sənətə verilən qiymətin sevinci isə bir başqadır.

Zaman axarında hər bir insan kimi Akif müəllimin həyatında çox dəyişikliklər baş verib. Dəyişməyən isə onun sənətinə, vətəninə, dostları ailəsinə olan əbədi məhəbbətidir. İllər saçını ağartmağa çalışıb, amma onun həyatda sənətdə qazandığı uğurlar, tamaşaçı, dinləyici sevgisi üzünü edib.

L.Azəri

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.11.